dunya
18.10.2018
Britaniya parlamenti yaxınlığında tapılan əşya partladıldı
![]()
Britaniya polisinin partlayıcı qurğuların zərərsizləşdirilməsi bölməsinin əməkdaşları parlament binası yaxınlığında aşkarlanan şübhəli əşyanı məhv ediblər.
Daily Mail nəşri xəbər verir ki, həmin əşya partladılıb.
Əməliyyatda partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan robotdan istifadə olunub.
* * *21:50
Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb.
Buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır.
Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb.
Polis ərazidə müvafiq tədbirlər görür./Oxu.Az


