idman
27.10.2018
Azərbaycan millisinin üzvü Qazaxıstan çempionu oldu

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda “Astana” komandasının heyətində Qazaxıstan çempionu olub.
Paytaxt klubu çempiomnatın qurtarmasına 4 tur qalmış çempionluğunu qeyd edib. Beləliklə, “Astana” titul sayında “İrtış” və “Aktobe” ilə bərabərləşib.
Qeyd edək ki, əslən braziliyalı olan Riçard Almeyda bu ilin yayında Ağdamın “Qarabağ” klubundan “Astana”ya keçib. /"Ölkə.Az"


