Külli miqdarda dərman preparatları aşkar edildi - FOTO-VİDEO













Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb.

Daxil olan məlumat əsasında Türkiyədən "Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.

Əməliyyat qrupu tərəfindən həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və "Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxs tərəfindən gözlənildiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən "DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə "Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və "QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib

Tükiyədən gələn "Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsindəki dərman preparatlarının "DAF TE47MS” markalı nəqliyyat vasitəsinə boşaldılması zamanı əməliyyat qrupu prosesə müdaxilə edib və ərazidəki şübhəli bilinən və yuxarıda qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq Tovuz Gömrük Postunun inzibati binasının həyətinə gətirilib. Gömrük baxışı zamanı "Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsinin yük yerindəki qutular boşaldılıb və həmin qutularda mal müşayiət sənədlərində göstərilməyən 419 adda, ümumi sayı 883 min 988 qutu dərman preparatları və mal müşayiət sənədlərində göstərilən 5 adda, ümumilikdə 537 qutu tibbi ləvazimat aşkar edilib.

Eyni zamanda, "DAF TE47MS” və "QAZ-3302” markalı avtomobillərə keçirilən gömrük baxışı zamanı isə dərman qutularının yerinə qoyulması məqsədilə gətirilən və 72 qutuda qablaşdırılan 3 adda, ümumilikdə 20 min 800 ədəd tibbi ləvazimat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər