Türkiyə generalı xəbərdarlıq etdi: “Hər kəs ağlını başına yığsın” – Yeniləndi













Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyanatla çıxış edib

Bəyanatda deyilir:

“Egey, Aralıq dənizlərində, Kıbrısda edilən provokasiyaların əks-təsirinin olmayacağını hər kəsin bilməsi lazımdır. Hər kəsin təhriklərdən, provokasiyalardan uzaq durması, əks təqdirdə bunun əvəzinin ağır olacağını bilməsi lazımdır.

Hər kəsin ağlını başına toplaması, hər hansi bir macəraya səbəb verməməsi gərəkdir. Ən səmimi, ciddi tövsiyələrimiz bunlardır”.

***

Qeyd edək ki, Hulusi Akar bu bəyanatla Əfqanıstanın paytaxtı Kabildə olarkən çıxış edib. O, daha öncə Qatar və Pakistanda olub.

General son vaxtlar Türkiyənin ətrafında önəmli hərəkətlənmələrin olduğuna, bunların hər ötən gün sürətlə dəyişildiyinə diqqət yetirib.

Hərəkətlənmələri yaxından izlədiklərini vurğulayan Hulusi Akar 81 milyon insanın təhlükəsizliyinin Türkiyə Silahlı Qüvvələri üçün əsas olduğunu qeyd edib.

“Fərat Qalxanı” və “Zeytun budağı” kimi əməliyyatları uğurla həyata keçirdiklərini xatırladan Hulusi Akar Mosulda, Hələbdə, Şərqi Qutada, Rakkada əməliyyatlardan öncə və sonra çəkilmiş fotoları baxmağı məsləhət görüb.

Hulusi Akar gərginliyin artırılmasının heç kimə faydasının olmadığını bildirib: “Egeydə, Aralıq dənizində gərginliyin artırılmasından hər kəsin uzaq durmasının ölkələrimizin lehinə olduğunu da bir daha ifadə etmək istəyirəm”.

Türkiyənin milli müdafiə naziri səfər zamanı Əfqanıstan Prezidenti Əşrəf Qani ilə də görüşüb.

Həmçinin, o, məşhur əfqan siyasi xadim, general Rəşid Dustumla da bir araya gəlib. Teleqraf.com

Oxunub: 867

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər