“Xətai" stansiyası sökülür? - FOTOLAR













Sentyabrın 27-də “Xətai" stansiyasınında 50 illik istismar müddətini başa vurmuş eskalatorların yeniləri ilə əvəz olunması prosesi əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun qaydada davam etdirilir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, artıq hər 3 avadanlığın tam sökülərək stansiyadan çıxarılması başa çatdırılıb. Lakin bu, köhnə eskalatorlarla bağlı işlərin tam həll olunması və yenilərinin dərhal quraşdırılmağa başlaması demək deyil. Eskalatorların nəhəng fundamentinin söküntüsü ağır və vaxt aparan işdir. Söküntü işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində başa vurulacaq və həmin sahəsinin yeni eskalatorların quraşdırma tələblərinə uyğunlaşdırılmasına başlanılacaq.

Qeyd edək ki, burada sökülmüş "LT-2" tipli 3 esklatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılacaq. "Xətai" stansiyası dərin özüllü və ən əsası, bir giriş-çıxışlı olduğundan, 4 eskalatorun quraşdırılması sərnişinlərin təhlükəsizliyini gücləndirməyə və onların daha rahat hərəkətini təmin etməyə imkan verəcək. Onu da xatırladaq ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni nəsil analoqu ilə əvəzlənmişdi.

Esklatorların yenilənməsi ilə əlaqədar, sərnişinlərin giriş-çıxışan bağlanmış stansiyada əsaslı təmir və yeknilənqurma işləri də davam etdirilir. Burada hazırda eskalatorun dartı kamerası 4 müasir eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılır. Burada və həmçinin demontaj kamerasında eyni zamanda, dayaqlar gücləndirilir, beton örtük bərpa edilir.

Eskalatorla bağlı ən əhəmiyyətli və təhlükəsizlik baxımından xüsusi diqqət tələb edən digər məsələ maili gedişin beton pillələrinin sökülməsi idi. 140 m uzunluğunda olan enişdə söküntü işləri yüksək təhlükəsizlik tədbirlərintn tətbiq edilməsi sayəsində uğurla başa çatdırılıb.

Stansiyanın yerüstü vestibülündə də işlər davam edir. Burada üzlük daşlarının sökülməsi başa çatdırılıb. Bünəvrənin gücləndirilməsinə, eləcə də binanın damında izolyasiya işlərinin başlanmasına üzrə hazırlıq tədbirləri başlanıb.

Qarşıdakı müddət ərzində vestibülün memarlıq baxımından əhəmiyyət kəsb dən şəbəkələrinin və Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi kompozisiyasının bərpa olunması da nəzərdə tutulub.

Bununla yanaşı, stansiyanın birinci baş yolunun əsaslı təmir olunması işləri də davam etdirilir. Hazırda tavanda suaxarların yönləndirilməsi məqsədilə xüsusi örtüyün vurulması və işıqlandırma konstruksiyasının karkasının qurulması işləri başa çatmaq üzrədir. Bununla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzilinin ikinci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da uğurla aparılır.

“Xətai" stansiyası sökülür? - FOTOLAR



“Xətai" stansiyası sökülür? - FOTOLAR


“Xətai" stansiyası sökülür? - FOTOLAR













Oxunub: 766

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər