“Biri evlənməyə, digəri isə evinə gələcəkdi...” – Gəmi qəzasında həlak olan azərbaycanlılar













Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində faciəli şəkildə ölən Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

Həlak olan 1978-ci il təvəllüdlü gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu Nefçalanın Banka qəsəbəsindən, 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat Kamil oğlu isə Bakı qeydiyyatında olub. Gəminin batması nəticəsində İbrahimov Məmmədəlinin cənazəsi tapılsa da, İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir.

İbrahimov Məmmədəlinin yaxınlarının Unikal.org-a verdikləri məlumata görə, o, 1999-cu ildən 2015-ci ilə kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (AXDDG) bərə (paron) gəmisində çalışıb. Bundan sonra o, Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisində işləməyə başlayıb. İbrahimov Məmmədəli bu gün Türkiyənin Samsun şəhərindən Azərbaycana gəlməyi planlaşdırırmış. Üç qız övladı olan İbrahimov Məmmədəli Nefçalanın Banka qəsəbəsindəndir. İsmayılov Turbat Kamil oğlu 1993-cü ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. O, da uzun illər Xəzər Dəniz Gəmiçiliyinə məxsus bərə (paron) gəmilərdə çalışıb və heç vaxt ailəli olmayıb. Dostlarının verdiyi xəbərə görə, o yaxınlarda evlənəcəyi ilə bağlı vətənə dönəcəyini demişdi.

Qeyd edək ki, hadisə nəticəsində gəmidə 13 nəfər olub. Onlardan 7 nəfəri xilas edilsə də, 6 nəfərin həyatını qurtarmaq mümkün olmayıb.Unikal.org



“Biri evlənməyə, digəri isə evinə gələcəkdi...” – Gəmi qəzasında həlak olan azərbaycanlılar
“Biri evlənməyə, digəri isə evinə gələcəkdi...” – Gəmi qəzasında həlak olan azərbaycanlılar

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər