"Məmurların bahalı xidməti maşınları insanları qıcıqlandırır"













"Azərbaycanda məmurların bahalı xidməti avtomobilləri insanların qıcığına səbəb olur".

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O, ölkə başçısının dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanında məmurların xidməti maşınları ilə bağlı maddənin yer almasının məqsədəuyğun olduğunu deyib:

“Bizdə çox təəssüf ki, dövlət qurumlarında məmurlar üçün nəzərdə tutulan avtomobillərin qiyməti, markası və sayı açıqlanmır. Həmçinin qanunvericilikdə də bu tənzimlənmir. Azərbaycanda bu məsələ ilə bağlı yalnız Nazirlər Kabinetinin bir qərarı var. Həmin qərarda yalnız ayrı-ayrı dövlət qurumları üçün nəzərdə tutulan xidməti avtomobillər kvotası göstərilir. Amma, avtomobillərin çeşidi, markası və qiyməti deyilmir. Hesab edirəm ki, bunu ya Nazirlər Kabinetinin qərarı və yaxud prezidentin Fərmanı ilə tənzimlənməlidir. Hazırda isə bu sayla tənzimlənir”.Ekspert hesab edib ki, bu gün dövlət qurumlarında çalışan məmurlar, dövlət vəsaiti hesabına gəzdikləri əksər avtomobillər kifayət qədər bahalıdır: “Bəzən məmurlar təyinatından da yüksək, bahalı avtomobildə gəzirlər. Tutaq ki, hansısa rayon icra başçısı, hansısa nazirliyin şöbə müdirini gəzdirmək üçün qiyməti kifayət qədər bahalı avtomobillərdən istifadə edirlər. Bu nəyə lazımdır? Axı, indiki dövrdə sözügedən vəzifəlilərin xüsusi dəbdəbəli avtomobillərdə gəzməyə nə ehtiyac var?! Sözügedən məmurlara qiyməti aşağı, müasir tələblərə cavab verən, normal komfortlu avtomobillər verilə bilər. Hesab edirəm ki, bu vəzifəlilərin ən bahalı və konfortlu avtomobillərdə gəzməyə ehtiyac yoxdur. Bu adamlar bahalı avtomobillərdə gəzdikcə bəzən lazımsız dəbdə formalaşdırırlar. Düşünürəm ki, icra başçılarının 7-ci sinif BMW-də gəzməyinə ehtiyac yoxdur. Onlardan da yuxarı olan məmurlar düşünürlər ki, "icra başçısı belə avtomobildə gəzirsə, mən niyə onun avtomobilindən də bahalı maşınla gəzməyim?". Hamı çox gözəl bilir ki, məmurların bahalı avtomobilləri bəzən vətəndaşlarda çox böyük qıcıq yaradır”.

Ərşad Hüseynov həmçinin deyib ki, bu gün Bakıda fəaliyyət göstərən bəzi dövlət qrumları dövlət vəsaiti hesabına təyinatlarına uyğun olmayan avtomobillərdə alırlar: "Bu nədir? Misal üçün bəzi dövlət qurumları Bakıda idarə etmələri üçün mühərrikin həcmi 6000 kubsantimetrədək olan bahalı "Cip"lər dövlət vəsaiti hesabına alırlar. Paytaxtda "Cip"in nə işi var?. Özüdə həm bahalı və həmdə yanacaq sərfiyatı daha çox!. Əgər dövlət məmuruna yolsuzluq şəraitində də hərəkət edən avtomobil lazımdırsa bunu daha kiçik həcimli, keyfiyətli, ucuz avtomobillərlə də əvəz etmək olar. Amma, Bakıda isə bahalı "Cip" avtomobillərinə ehtiyac yoxdur".

"Məmurların bahalı xidməti maşınları insanları qıcıqlandırır"

Son xəbərlər

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bütün xəbərlər