Qanuna edilmiş dəyişiklik qüvvəyə mindi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ




















Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsində aşağıdakı dəyişiklikləri edib:

Adında və birinci hissəsində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“10) Bu qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346-1.2-ci, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.”.

Qeyd edək ki, daha əvvəl qanunun 85-ci maddəsinin 10-cu bəndi bu formada idi:

10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.

Beləliklə edilmiş dəyişikliklərdən sonra Bakı şəhərində qaydaları pozan avtomobillərin evakuasiyası üçün qanuni zəminin hazırlanması tamamlanıb. Artıq fevralın 9-da edilmiş dəyişikliklər qüvvəyə minib.
Qeyd edək ki, daha əvvəl verilmiş qərarla Bakı şəhərində qaydaları pozan nəqliyyat vasitələrinin evakuatorlarla evakuasiyası Bakı Nəqliyyat Agentliyinə həvalə edilib.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər