hadise
19.02.2019
Sumqayıt sakini qətlə yetirildi

Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.
dogruxeber.tv “Report”a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Aydın Seyidov tanışı, 28 yaşlı Babək Həsənov tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, B.Həsənov saxlanılıb


