Gömrükçüləri aldatmağa çalışan siqaret qaçaqmalçıları saxlanıldı - FOTO



















Gömrük nəzarətindən yayınmağa çalışaraq Gürcüstandan Azərbaycana qanunsuz siqaret, mobil telefon aksesuarları və kürü keçirmək istəyənlər saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “VAZ -21013” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd “Marlboro” markalı siqaret, 10 ədəd “Apple” markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ -21063” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd “Marlboro” markalı siqaret və 10 ədəd “Apple” markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gömrükçüləri aldatmağa çalışan siqaret qaçaqmalçıları saxlanıldı - FOTO
Gömrükçüləri aldatmağa çalışan siqaret qaçaqmalçıları saxlanıldı - FOTO

Oxunub: 947

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

Bütün xəbərlər