hadise
28.03.2019, 19:19
“Mercedes” Sumqayıt yolunda piyadanı vurub öldürdü - FOTO

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu saat 17:30 radələrində Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın yolu keçən piyadanı vurub. Piyadanın öldüyü bildirilir.
Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.


