Bakının bu yerlərində velosiped yolları yaradılacaq











Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür.

Agentlikdən verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun – velosiped yollarının, zolaqlarının yaradılması Agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib.

“Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı – Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski – Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulmuşdur.

Müzakirə mərhələsində olan layihələrdən biri də Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlıdır. Eyni zamanda, şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək. Məlumat üçün bildiririk ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində artıq velosiped yolları və dayanacaqları quraşdırılaraq insanların istifadəsinə verilib.

Əhalini velosiped sürməyə təşviq edən aksiyalara tam dəstəyimizi ifadə edərək, bu cür təşəbbüsləri alqışlayırıq. Bu dəstəyin nümunəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar Bakıdakı Veloparkda “Az avtomobil – çox həyat” devizi altında təşkil edilən veloyürüşə Bakı Nəqliyyat Agentliyinin 30 nəfərdən ibarət kollektivi də qatılmışdır. Veloyürüşdə iştirakına və təbirə dəstəyinə görə Bakı Nəqliyyat Agentliyinin komandası diplomla təltif edilib.

Oxunub: 834

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər