gundem / siyaset
11.05.2019, 17:07
Azərbaycan helikopterlərini Türkiyəyə göndərdi - FOTO

Mayın 13-dən başlayacaq "Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
dogruxeber.tv Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.


