gundem / hadise
12.05.2019
Qadın jurnalist qətlə yetirildi - FOTO

Əfqanıstanda qadın jurnalist Mina Manqal qətlə yetirilib.
dogruxeber.tv Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin ATN kanalı məlumat yayıb. Daha əvvəl jurnalist kimi çalışmış, Əfqanıstan parlamentində mədəniyyət müşaviri vəzifəsində işləyən Manqal səhər saatlarında paytaxt Kabildə işə gedərkən silahlı hücuma məruz qalıb və həyatını itirib.
Hadisənin kim tərəfindən törədildiyi və motivi bilinmir.


