Daha bir həkim biabırçılığı: Bakıda mədəkiçiltmə əməliyyatı olan qadın öldü - BAŞ HƏKİM DANIŞDI











"Real hospital”da mayın 26-da bariatrik cərrahi əməliyyatdan sonra dünyasını dəyişən 59 yaşlı qadının ölüm səbəbi barədə xəstəxananın baş həkimi Rövşən Yusibov açıqlama verib.

Medicina.az-a danışan baş həkim xəstənin 1 ay ərzində bu əməliyyata hazırlandığını bildirib: "Xəstənin çəkisi 135 kq, boyu qısa idi. Əməliyyata göstəriş ağır çəkinin hər iki diz oynağı və onurğasına təzyiq verməsi idi. Bu əməliyyat estetik yox, sırf tibbi sağlamlıq üçün icra olundu. Əməliyyata heç bir əks göstəriş yox idi.

Əməliyyatı icra edən cərrah Mübariz Məmmədli olub. Xəstə mayın 20-si əməliyyata alınıb, ayın 22-si onda yayılmış peritonit baş verdi. Bu zaman konsultasiya edərək tanınmış iranlı mütəxəssis, professor Moştabah Haşımzadənin rəhbərliyi ilə 2-ci əməliyyatı icra edib, peritoniti təmizlədik, drenajlanma aparıldı. Xəstə reanimasiyaya yerləşdirildikdən sonra dinamikası yaxşı idi, hər şey normal gedirdi və vəziyyətin düzələcəyinə ümidimiz çox idi”.

Həkim bildirib ki, mayın 26-sı axşam xəstənin vəziyyəti kəskin ağırlaşıb: "Gecə 3-ün yarısı ürək dayanması qeydə alındı. Xəstəni poliorqan yetməzliyindən itirdik. Səbəb ilkin olaraq tromboemboliyadır”.

Baş həkim prokurorluq orqanları tərəfindən araşdırma aparıldığını, tibbi ekspertizanın da rəyinin yaxın günlərdə açıqlanacağını qeyd edib. Yalnız bundan sonra əməliyyatı icra edən həkim-cərraha yönəlik tədbirlər, onun əməliyyatlardan uzaqlaşdırılması və ya xəstəxanada fəaliyyətinin davam etdirib-etdirməməsinə qərar veriləcək.

Baş həkim deyib ki, xəstənin yaxınları onlarla insident yaşanmayıb: "Biz əməliyyatdan öncə xəstəyə də, yaxınlarına da əməliyyatda hər şey ola biləcəyi barədə məlumat veririk. Hər əməliyyatda bu kimi ağırlaşmalar ola bilər. Xüsusən belə ağır çəkili pasiyentdə. Amma əminlikdə deyə bilərəm ki, bizdə xəstəyə qarşı səhlənkarlıq olmayıb. Bütün sənədləşmələr düzgün aparılır. Hər iki əməliyyatın gedişi çəkilib, diskə alınıb, kamera izləməsi var. Hər şey təqdim olunacaq. Biz üzülürük ki, belə bir ağırlaşma oldu. Prokurorluğun araşdırmasının nəticəsini gözləyirik”.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də "Real Hopsital"da mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər