Pakistan prezidenti azərbaycanlı səfirlə Qarabağı müzakirə edib










Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.

Qəbula görə təşəkkürünü ifadə edən səfir Əli Əlizadə Azərbaycan Respublikası Prezidentinin salamlarını Prezident Arif Alviyə çatdırıb. Azərbaycan Prezidentinin Pakistanla əlaqələrin daha da genişlənməsinə xüsusi önəm verdiyini vurğulayan səfir bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin daim dərinləşməsində və inkişafında hər iki ölkə rəhbərlərinin, xalqlarının sıx əməkdaşlığının, dostluğunun xüsusi rolu olub.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, müdafiə, mədəni, elmi, turizm, enerji, humanitar və sosial sahələrdə yeni əməkdaşlıq təklifləri, birbaşa havareyslərinin yaradılması və həyata keçirilən layihələr haqqında Pakistan Prezidentinə məlumat verən səfir Heydər Əliyev Fondunun Pakistanda üşaqlar üçün təşkil etdiyi tədbirə və iftar yeməyinə şəxsən qatıldığına görə Prezidentə Fondun rəhbərliyinin təşəkkürlərini çatdırıb. Səfir Azərbaycanın Pakistanı qardaş ölkə olaraq hər zaman dəstəklədiyini və Pakistan-Azərbaycan əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edərək səmimi görüşə görə təşəkkür edib.

Pakistan Prezidenti Arif Alvi Prezidentİlham Əliyevə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Arif Alvi beynəlxalq və regional məsələlərdə də hər iki qardaş ölkənin bir-birinin yanında olduğunu və Azərbaycanın dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb. Prezident Arif Alvi Kəşmir və Dağlıq Qarabağ məsələlərinin BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında həllinin zəruriliyi bildirib, Pakistanın Azərbaycanla strateji tərəfdaşlığının davam edəcəyini qeyd edib. Azərbaycan birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirən Arif Alvi Ramazan ayında baş tutmuş tədbirin də uşaqlara diqqətin cəlb olunmasına, onların qabiliyyətlərinin ictimaiyyətə çatdırılmasına xidmət etdiyini və bunun humanist addım olduğunu ifadə edib.

Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək bütün sahələrdə əlaqələrin daha da inkişafının zəruri olduğunu və buna lazımi dəstəyin veriləcəyini bildirib.

Son xəbərlər

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Bütün xəbərlər