gundem
7.07.2019
Ruhani ABŞ-ın İrana qarşı sanksiyalarını "terror aktı" adlandırdı
![]()
İran Prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Ruhani ABŞ-ın Tehrana qarşı tətbiq edtdiyi iqtisadi sanksiyaları "terror aktı" kimi qiymətləndirib.
"Bu iqtisadi müharibənin davamı regionda və dünyada digər təhlükələrə səbəb ola bilər", - deyə İran Prezidenti vurğulayıb.
“Report” xatırladır ki, iyunun 24-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı, Ali lider Ayətullah Əli Xameneini də nəzərdə tutan yeni sanksiyalara dair fərman imzalayıb.


