dunya
16.07.2019
Türkiyəyə məxsus gəmiyə hücum: Heyət üzvləri girov götürüldü

Nigeriya sahillərində Türkiyəyə məxsus yük gəmisi dəniz quldurları tərəfindən oğurlanıb.
"dogruxeber.tv" Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə zamanı gəmidə 10 nəfər olub. Onların hamısı Türkiyə vətəndaşıdır.
Oğurlanan gəmi Türkiyənin "Kadıoğlu Denizcilik" şirkətinə məxsusdur.
Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb.


