gundem
11.09.2019, 13:19
Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb

“2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub”.
dogruxeber.tv-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.
Nazir qeyd edib ki, Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb./APA


