Əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir - Daşınmaz əmlak məcburi sığortalanacaq















"Gələn ildən daşınmaz əmlak sığortası məcburi olacaq".



B barədə məlumat verən iqtisadçı Qubad İbadoğlu bildirib ki, bunun üçün Bakı şəhərində əmlakı olanlar ən azı 50 manat ödəməlidir:



“2020-ci il yanvarın 1-dən əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir. Belə ki, gələn ildən daşınmaz əmlak sığortası icbarı olacaq. Qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər”.


İqtisadçı deyib ki, əmlakını sığorta etdirməyənlər cərimə olunacaq:

“Cərimənin məbləği 30 manatdır, 20 gün müddətinə əmlakını sığorta etdirməyənər təkrar 30 manat cərimə olunacaq. Dünyanın əksər ölkələrində daşınmaz əmlak icbari deyil, könüllü sığorta olunur. Həmin ölkələrdə icbari sığorta yanaşması yalnız o hallarda məcburi xarakter daşıyır ki, ondan üçüncü şəxs ziyan çəkə bilər. Belə ki, bu ölkələrdə avtomobillərin sığortası icbari olsa da, daşınmaz əmlakın sığortası könüllüdür.
Azərbaycanda da daşınmaz əmlak sığortası növbəti ilədək könüllülük əsasında tətbiq olunurdu. Lakin, sığorta şirkətlərinə inamsızlıq və bütövlükdə isə sığorta mədəniyyətinin inkişaf etməməsi səbəbindən əhali bu sığorta növünə o qədər də maraq göstərmir”.(Modern.az)

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər