Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi





Baş nazir Əli Əsədov əhalinin sağlamlığının qorunması ilə bağlı sərəncam imzalayıb.

dogruxeber.tv-ın məlumatına görə, sərəncamda göstərilib ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər 20 gün müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.

Qeyd edək ki, Ədliyyə Nazirliyi təklifləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları razılaşdırmalıdır.

"Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflər 10 gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Sərəncamda qeyd olunub ki, Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, tibb müəssisələrinin akkreditasiya qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Sənəddə razılaşma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görülməsi icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsi təmin olunmalıdır.

Mərkəzi icra hakimiyyəti orqanları bir aydan gec olmayaraq öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görməlidir.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər.
İcra vəziyyəti tələb etdikdə isə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin etməlidir.
Bu barədə iki ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir./Oxu.Az

Son xəbərlər

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Bütün xəbərlər