hadise
30.11.2019, 12:24
Şamaxıda piyada vurulub

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv-ın məlumatına görə, rayon sakini, 1969-cu il təvəllüdlü Zərbalıyev Şahin Abdulbağı oğlu rayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Piyada qapalı kəllə-beyin travması ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Trend


