hadise
2.12.2019, 16:34
Bakıda külək 8 ağacı aşırdı: 1-i avtomobilin üzərinə düşüb

“Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə bağlı 7-8 ağac aşması qeydə almışıq. Bizdə olan məlumata görə, biri avtonəqliyyat vasitəsinin üzərinə düşüb”.
Bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib.
“Yenə də ağac aşması və ya əyilməsi ilə bağlı müraciətlər daxil olur. Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göstəriş verilib. Gücləndirilmiş iş rejiminə keçmişik. Küləyin fəsadlarının aradan qaldırılması üçün bütün tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, güclü külək hələ də davam edir.


