“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi














Daşkəsəndə sakinlərlə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi 26 dekabr tarixində Daşkəsən rayonunda səfərdə olub. Cəmiyyətin Çovdar filiz emalı sahəsinin yaxınlığında yerləşən Quşçu və Çovdar kəndlərində sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə Daşkəsən rayon İcra Hakimiyyətinin nümayəndəsi və bələdiyyə sədrinin də iştirakı ilə sakinlərlə görüş keçirilib. Hər iki kəndin orta məktəblərində təşkil edilən görüşlərdə çıxış edən Komitənin sədri, “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev Cəmiyyətin sosial siyasəti və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. X.Fərzəliyev yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində gələn ildə də bir neçə layihənin həyata keçiriləcəyini bildirib.

Daha sonra kənd sakinlərinin sosial problemlərlə bağlı çıxış və təklifləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri müraciətlərin hərtərəfli araşdırılması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, Cəmiyyətin KSM siyasətinin tətbiqinin əsas məqsədi əhalinin həssas hədəf qruplarına yönəlmiş təşəbbüslər və layihələr vasitəsilə ölkədə sosial və dayanıqlı inkişafa dəstək verməkdir. KSM komitəsinin nümayəndələri sosial ehtiyacların hərtərəfli araşdırılması üçün kənd sakinləri arasında vaxtaşırı sorğular təşkil edirr və aztəminatlı ailələrin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə onlarla mütəmadi olaraq görüşür, evlərinə baş çəkirlər.

Bugünə qədər “AzerGold” QSC tərəfindən vətəndaş müraciətləri əsasında çoxsaylı maddi yardımlar edilib. Kənd sakinlərinin təşəbbüsü ilə Çaykənd kəndində yeni su xətti çəkilib, Çovdar kənd orta məktəbi zəruri tədris avadanlıqları və sürətli internet cihazları ilə təchiz edilib. “AzerGold” QSC Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusunda 100 nəfər fərdi sahibkarın iştirakı ilə Bakıda və Naxçıvanda təlimlər təşkil edib. Bu günə qədər Çovdar filiz email sahəsinin ətraf ərazilərində 8 000-dən artıq ağac və kol əkilib. Həmçinin, İDEA İctimai Birliyinin dəstəyi ilə bu il Çovdar yatağının ərazisində 100 min ədədlik palıd tingliyi salınıb.

“AzerGold” QSC maddi mədəni irsin mümunələrinin qorunması və təbliği istiqamətində də müvafiq addımlar atır. Belə ki, Çovdar yatağı əraizsində aparılan tikinti

işləri zamanı aşkarlanan qədim məzarlıqların öyrənilməsi üçün Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin fevral ayında Cəmiyyət müvafiq qurumlara müraciət etmiş və ərazidə geniş arxeoloji tədqiqatların aparılmasını təmin etmişdir. 5 ay davam edən qazıntılar zamanı 156 qəbir və 6000-dən çox eksponat aşkarlanmış və tədqiq edilməsi üçün müvafiq şərait yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində görülən işlər və maddi-mədəni irs nümunələri geniş ictimaiyətə təqdim edilib. Tapıntılardan ibarət xüsusi ekspozisiya Daş Salnamə muzeyində hazırda da sərgilənir.
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər