Özbəkistan Prezidenti Rusiya və Azərbaycanla iqtisadi sahədə qarşılıqlı fəaliyyətin perspektivlərinə dair müşavirə keçirib





Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya və Azərbaycan ilə ikitərəfli investisiya və ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, Özbəkistanın dövlət başçısı son illərdə bu ölkələrlə qarşılıqlı ticarətin və investisiyaların göstəricilərinin durmadan artdığını bildirib. Şavkat Mirziyoyev vurğulayıb ki, 2019-cu ilin nəticələrinə görə, Rusiya ilə mal mübadiləsi 2018-ci illə müqayisədə 17 faiz artaraq 6,6 milyard dollar təşkil edib. Azərbaycanla ikitərəfli ticarətin həcmi isə 55,7 faiz çoxalıb.
Prezident deyib ki, investisiya sahəsində də əməkdaşlıq möhkəmlənir. Keçən il Rusiyanın Özbəkistana qoyduğu sərmayə ilə 484 yeni müəssisə açılıb, hazırda belə müəssisələrin sayı 1828-ə çatıb. Ölkədə Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 178 müəssisə var.
Müşavirədə mövcud layihələrin icrasının keyfiyyətinin artıırılmasına, bu ölkələrlə sərmayə, ticarət, nəqliyyat-loqistika sahələrində ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirilib. Belə ki, rusiyalı tərəfdaşlarla 7,3 milyard dollar həcmində müxtəlif layihələr həyata keçiriləcək ki, bu da 3,5 min iş yerinin açılması deməkdir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan tərəfi ilə sənaye kooperasiyası yaradılması nəticəsində 335 milyon dollar həcmində layihələr həyata keçiriləcək. Yüngül avtomobillərin və avtobusların yığılması, neft-qaz sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Şavkat Mirziyoyev deyib ki, martın ikinci ongünlüyündə Özbəkistatn-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.Prezident Rusiya və Azərbaycanın aparıcı şirkətləri və təşkilatları ilə ticarət və investisiya fəaliyyətini yaxşılaşdırmağı, bu sahələrdə əməkdaşlığın yeni istiqamətlərində əlaqələrin dərinləşdirilməsini qeyd edib.
Dövlət başçısı Azərbaycanla neft-qaz, nəqliyyat-loqistika, aqrar sənaye, üzümçülük, şərabçılıq, zərgərlik, həmçinin təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq nazirlik və idarələrin hesabatları dinlənilib, konkret vəzifələrin yerinə yetirilməsi istiqamətində gələcək tədbirlər müəyyənləşdirilib.

Oxunub: 743

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər