Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb

Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirir. Mart ayının 27-si səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.
Bundan başqa RPŞ-nin əməkdaşları rayonun küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səslənərək mümkün qədər evdə qalmağı, özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atmamağa çağırıblar. Yaşı 65-dən yuxarı olan şəxslərlə də profilaktik söhbətlər aparıb. Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləc


