Özbəkistan hökuməti eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın aktivlərini Fransadan geri qaytarıb. dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Özbəkistan Baş Prokurorluğu yayıb. Məlumata görə, ölkəyə gətirilən aktivlərin dəyəri 10 milyon dollardır.