hadise
8.09.2020, 10:15
Salyanda ev yandı

Salyan rayonunda ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli ikiotaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


