gundem / sosial
15.10.2020
Qarabağda erməni generalı məhv edilib

Azərbaycan ordusunun Dağlıq Qarabağdakı bölmələrinin uğurlu fəaliyyətləri nəticəsində Ermənistan qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıblar.
dogruxeber.tv Armiya.az-ın verdiyi məlumata əsasən bildirir ki, erməni general-mayor Artak Tonoyan dünən gecə Qarabağda məhv edilib.
A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin briqadasına rəhbərlik edib.
O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan ordusu tərəfindən məhv edilib.


