gundem
6.01.2021, 11:33
Alban-Udin dini icmasının üzvləri Xudavəng monastırını ziyarət edəcəklər

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri Ermənistanın işğalından azad olan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət edəcəklər.
dogruxeber.tv Trend-ə istinadən bildirir ki, icma üzvləri Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Alban-Udin icmasının üzvləri artıq iki dəfə Xudavəng monastırında olublar.


