“Şuşadakı rus kilsəsinin erməniləşdirilməsi rusofobiyanın ən bədnam təzahürüdür” - Rusiyalı deputat







Rusiya Dövlət Dumasının üzvü, "Vətən” partiyasının sədri Aleksey Juravlyov Qarabağın işğal altında olduğu illər ərzində Şuşadakı pravoslav kilsəsinin erməniləşdirilməsini, onun memarlıq üslubunun erməni tərzinə uyğunlaşdırılmasını rusofobiyanın təzahürü hesab edir.

Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat verib.

"Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum – bu rusofobiyanın ən bədnam və ən alçaq təzahürüdür. Azərbaycanın azad olunmuş ərazilərdəki səyləri hər cür hörmətə layiqdir”, - deyə deputat öz "Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, burada söhbət Şuşa şəhərindəki Müqəddəs İohan kilsəsindən gedir. Ermənistan tərəfi işğaldan sonra 1992-ci ildə onu erməni məbədi elan edib.

Rusiyalı parlamentari öz postuna kilsənin işğaldan əvvəl və sonra çəkilmiş fotoşəkillərini də əlavə edib. Fotoda kilsənin erməniləşdirilməsi məqsədilə edilmiş bir çox dəyişikliklər əyani şəkildə görünür.

“Şuşadakı rus kilsəsinin erməniləşdirilməsi rusofobiyanın ən bədnam təzahürüdür”

Kilsənin köhnə təsvirində onun XIX əsrdən etibarən erməni işğalınadək olan dövrdəki görkəmi və burada rus pravoslav kilsəsinə xas olan, eyni zamanda erməni dini memarlıq ənənələrilə ziddiyyət təşkil edən bir çox elemetlər – gümbəz və zəng qülləsi açıq-aydın şəkildə izlənilir. Məbədin nisbətən yeni fotosunda isə həmin gümbəzin "möcüzəli surətdə” yoxa çıxdığı və onun yerinə tipik erməni konusunun peyda olduğu görünür.

Əlbəttə ki, ermənilər bütün bu dəyişiklikləri Qarabağın heç zaman azad olunmayacağı və onların əməllərinin heç vaxt üzə çıxmayacağı düşüncəsilə ediblər.
Belə olan halda, A.Juravlyov tərəfindən dərc edilmiş fotolar faktiki olaraq Şuşadakı Müqəddəs İohan rus kisəsininin "oğurlanması” və onun qeyri-qanuni şəkildə tamamilə yeni "Xanaç jam” adıyla Erməni apostol kilsəsinə çevrilməsi üzrə erməni tərəfinə qarşı irəli sürülmüş bir ittihamdır.

Onu da bildirək ki, sözügedən postun sonunda rusiyalı millət vəkili Rizvan Hüseynovun bu hadisə ilə bağlı məqaləsinin linkini yerləşdirib.

Oxunub: 511

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər