gundem / siyaset / iqtisadiyyat
16.03.2021, 10:15
Neft yenidən ucuzlaşır
![]()
Neftin qiyməti ötən günkü dalğalanmalardan sonra bu günə azalma ilə başlayıb.
"MediaPost"un məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,80% azalaraq 1 barelə görə 68,33 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,78% azalaraq 64,88 dollar təşkil edib.


