Bakı işıqlarının yıxılan dirəkləri - FOTO


dogruxeber.tv: - Ötən əsrin 70-ci illərindən paytaxt Bakı müxtəlif sahələrin inkişaf mərkəzinə çevrilir. Yeni parklar salınır, yollar çəkilir, küçələr işıqlandırılır.

Təsadüfi deyil ki, Bakının bu gözəlliyi filmlərdə əks olunur, mahnılarda tərənnüm edilir. Elə şair Adil Rəsulun və bəstəkar Elza İbrahimovanın "Bakının işıqları" mahnısını Şövkət Ələkbərovanın ifasında dinləmək, həmin dövrün paytaxtını təsəvvür etməyə imkan verir.

Mahnıda deyildiyi kimi, "Qırmızı, yaşıl, sarı, Bakının işıqları" bu gün də paytaxta bir başqa gözəllik verir. Nəzər salsaq, görərik ki, son 20 il ərzində Bakının nəinki mərkəzi küçə və prospektləri, eləcə də kənar ərazilər durmadan işıqlandırılır. Məhz Prezident İlham Əliyevin müxtəlif dövrlərdə imzaladığı ayrı-ayrı fərman və sərəncamlar yol infrastrukturunun tərkib hissəsi olan küçələrin işıqlandırılmasında mühüm rol oynayıb. Amma qeyd edilənlər işin yaxşı tərəfi olsa da, həm də problemləri də qeyd etməyi unutmaq lazım deyil. Hər birimiz paytaxtın küçə və prospektlərində işıq dirəklərinin bəzən qəzalı vəziyyətdə olduğunu, bəzən isə, ümumiyyətlə olmadığının şahidi oluruq.

"Kaspi" qəzetinin apardığı araşdırma nəticəsində məlum olub ki, işıq dirəkləri paytaxtın bir neçə küçə və prospektlərinin bir hissəsində, ümumiyyətlə yoxdur. Bu o demək deyil ki, əvvəllər həmin yerdə işıq dirəkləri olmayıb. Əlbəttə ki, olub, lakin müxtəlif vaxtlarda baş vermiş avtoqəzalar və ya başqa səbəblərdən sıradan çıxıb.

Məsələn, araşdırma apardığımız Əhməd Rəcəbli, Təbriz küçəsi və bu küçə ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, eləcə də Mətbuat prospektində sıradan çıxmış işıq dirəkləri hələ də bərpa edilməyib. Analoji vəziyyət Binəqədi rayonunun ətraf ərazilərində də müşahidə edilir. Bəs işıq dirəkləri niyə bərpa edilmir? Avtoqəzalar və başqa səbəblərdən yararsız vəziyyətə düşən işıq dirəklərinin bərpası üçün hansı prosedurlar həyata keçirilməlidir? Bu məsələdə cavabdeh qurumların mövqeyi nədən ibarətdir?

Problemlə bağlı "Kaspi" qəzetinin sorğusuna cavab olaraq Bakı şəhər İşıqları İdarəsindən bildirildi ki, küçələrdə işıq dirəkləri əsas etibarı ilə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxır: "Yeni dirəklərin qoyulması, zədələnmiş işıq dirəklərinin bərpası üçün müvafiq qurumlar tərəfindən məhkəmə orqanlarına müraciət edilir. Hadisəni törətmiş sürücü tərəfindən dəymiş ziyan icbari sığorta qaydasında kompensasiya edilir".

Məlumatda o da qeyd edilir ki, işıq dirəkləri müxtəlif xarici ölkələrdən gətirilir: "Onların yenidən sifariş edilərək gətirilməsi isə müəyyən vaxt tələb edir. İşıq dirəklərinin daxilində yerləşən naqillərinin qorunması üçün onlar elektrik xəttindən ayrılır və həmin yer xüsusi qapaqlarla örtülür. Təəssüf ki, bəzi hallarda bu qapaqlar da oğurlanır. Lakin belə hallar baş verdikdə, qurum tərəfindən yeni qapaqlar yerləşdirilir".//sonxeber.az

Bakı işıqlarının yıxılan dirəkləri - FOTO

Bakı işıqlarının yıxılan dirəkləri - FOTO

Bakı işıqlarının yıxılan dirəkləri - FOTO

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər