Ziyafət Əsgərov: "Ermənistan əhalisi yeganə çıxış yolunun Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyini anlayıb"

dogruxeber.tv: - “Dünənki seçkilərin nəticəsindən sonra Ermənistandakı radikal, revanşist qüvvələr başa düşdülər ki, onlar Azərbaycana təkcə hərb meydanında deyil, həm də siyasət meydanında məğlub olublar. Ermənistan anladı ki, istəsə də, istəməsə də, həm 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan üçtərəfli bəyannamələrin tələblərinə əməl etməlidir. Əks halda, ölkə müharibədən sonra düşdüyü quyunun dibində qalacaq”.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı həm də siyasi müstəvidə məğlub edib:

“Ermənistandakı revanşist qüvvələr həm 44 günlük məğlubiyyətdən, həm də dünənki seçkilərdən nəticə çıxarmalıdırlar. Onlar başa düşməlidirlər ki, artıq Azərbaycanla hərb, güc dilində danışmaq mümkün deyil. 44 günlük müharibədə Azərbaycan Ermənistanın ordusunu darmadağın edib. Onlar düşünmürlər ki, hansı güclə Azərbaycandan qisas ala biləcəklər? Artıq Ermənistanın ən yaxşı yolu iki bəyannamənin bəndlərinə əməl etmək olar, onların başqa çıxış yolu yoxdur. Seçkilər də göstərdi ki, Ermənistan əhalisi Azərbaycanla müharibə etmək, daha ağır məğlubiyyət almaq istəmir. Bunu ölkədəki digər qüvvələr – revanşistlər də başa düşməlidir. Onlar güc yolu seçsələr, “Dəmir yumruq” onları elə əzəcək ki, bir də yerdən qalxa bilməyəcəklər”.

Milli Məclisin deputatı bildirir ki, Ermənistan əhalisi yeganə çıxış yolunun Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçdiyini anlayıb:

“Azərbaycan əməkdaşlığı seçir, biz hər zaman bunun tərəfdarı olmuşuq. Ermənistanın əhalisi və siyasi qüvvələri normal fikirləşə bilirlərsə, onlar da əməkdaşlıq yolunu seçərlər. Digər bütün variantlar isə onların daha ağır məğlubiyyətinə gətirib çıxaracaq. Düşünürəm ki, dünənki seçkilərin nəticəsindən sonra artıq bu xüsusda addımlar atıla bilər. Ermənistan siyasi müstəvi də Azərbaycanla və Türkiyə ilə əməkdaşlığın yeganə seçim olduğunu gördü. Ermənistan balaca bir dövlətdir, qonşu, güclü ölkələrlə qarşı-qarşıya gəlmək, ərazi iddiası ilə yaşamaqla özlərini məhv edərlər. Müharibədə Ermənistan ordusu ilə bağlı illərdir süni şəkildə formalaşdırılan mif məhv oldu. Bundan sonra Ermənistan ancaq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq haqqında fikirləşməlidir. Yeni kommunikasiya xəttlərinin, Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiyası – onlar artıq bu məsələlər haqda fikirləşməlidirlər. Ermənistanın da mövcud gərginlikdən çıxması üçün bu məsələlərin həlli vacibdir. Bundan sonra isə iki dövlət arasında sülh müqaviləsi barədə düşünmək olar. Ermənistan əhalisi seçkilərdə göstərdi ki, onlar da bunu istəyirlər. Onlar başa düşürlər ki, bu, onlar üçün böyük şansdır və ilk addımı atdılar. Ağılları varsa, bu şansdan istifadə edərlər. Əks halda, “Dəmir yumruq” yenə başlarının üstündə olacaq”.//demokrat.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər