gundem / hadise
26.06.2021, 17:18
Xırdalanda güclü yanğın olub - VİDEO
dogruxeber.tv xəbər verir ki, Xırdalanda "təzə bazar"da yanğın hadisəsi baş verib. Şahidlərin sözlərinə görə yanğın bazarın dəniz məhsulları satılan bölməsindən başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi üçün əməliyyat tədbirləri davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.



