İki min il yaşı olan “Üç qəbir” tarixi abidəsi ilə bağlı üç sual-FOTO

dogruxeber.tv: - Mədəniyyət Nazirliyində Rafiq Bayramov – Zakir Sultanov dəsti-xəttinin qorunub saxlanmasında maraqlı olan qüvvələr var
Sadiq izləyicilərimiz xatırlayarlar, bir neçə gün əvvəl Mediatv.az saytı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin korrupsiya ittihamı ilə həbs olunmuş sabiq rəisi Zakir Sultanovun sadiq kadrlarından olan, 2014-2018-ci illərdə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində çalışmış, 1 oktyabr 2018-ci il tarixindən isə Qobustan Milli-Tarix-Bədii qoruğunun direktoru vəzifəsinə təyin olunmuş Vüqar İsayevin sektor müdiri işlədiyi dövrdə vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə tənqidi məqalə dərc etmişdi.
Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən, 2 min il yaşı olan “Üç qəbir” tarixi abidəsi haqqında redaksiyamıza daxil olmuş çox ciddi məlumatlar əsasında hazırlanmış həmin məqalədə bildirmişdik ki, sözügedən abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə arxeoloji abidə kimi qeydiyyata götürülmüşdür. Amma çox təəssüflər olsun ki, bu tarixi abidənin inkişafı, bərpası, tanıdılması, insanların ziyarətinin təşkili və ən əsası ərazisinin müəyyənləşdirilməsi üçün heç bir hüquqi addım atılmayıb. Məqalədən sitat: “Həmin əraziyə 2006-cı ildə qeyri-qanuni olaraq Cəfərxanlı kənd sakini Paşayev Əhmədağa adlı şəxsin adına zəbt olunmuş torpaq kimi çıxarış sənədi verilib. Qəribədir ki, hansısa səbəbdən Vüqar İsayev bu boyda faktı görməyib, zəbtkarı və ona çıxarış verən orqanı məhkəməyə verməyib. Belə olan halda onun hazırki vəzifəsində də özünü korluğa vurmayacağına, məsələn, Qavaldaşın hansısa nağaraçı diletant tərəfindən özəlləşdirilməsinə göz yummayacağına zəmanət yoxdur desək, yanılmarıq”.
Mədəniyyət naziri Anar Kərimova ünvanladığımız 03 may 2021-ci il tarixli, 10/211 nömrəli məktubla adresatdan Cəfərxanlı kəndi ilə bağlı həmin məlumatın araşdırılmasını, faktla bağlı lazımi tədbir görülməsini və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etmişdik. Nəhayət ki, üstündən ay yarımdan artıq vaxt keçəndən sonra Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Mediatv.az saytının Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən yeni aşkar olunmuş “Üç qəbir” adlı arxeoloji abidə ilə bağlı müraciətinə baxmışdır. Əlbəttə, əgər buna “baxmaq” demək olarsa!

İki min il yaşı olan “Üç qəbir” tarixi abidəsi ilə bağlı üç sual-FOTO

Dövlət Xidmətindən redaksiyamıza verilmiş cavab məktubunda bildirilir: “Həmin arxeoloji abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısına daxil edilməmişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın 2.1.1 yarımbəndinin icrasını təmin etmək məqsədilə Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilmiş və yeni siyahı formalaşdırılmışdır. Hazırlanmış siyahı Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə birgə nəzərdən keçirilmiş və müvafiq rəy alınmışdır. “Üç qəbir” adlı abidə də yeni aşkar olunmuş arxeoloji abidə kimi qeydə alınıb. Yeni siyahı təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Siyahıya daxil edildiyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir”.
Fars demişkən, xob! Xatırladaq ki, məlum obyektin Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısına arxeoloji abidə kimi daxil edilməsi barədə məlumatı hazırlandığı 03.11.2017-ci il tarixli etibarlı mənbədən almışıq. Elə isə Dövlət Xidməti bu məlumatı təkzib etməklə görən nəyə nail olmaq istəyir? Onu dəqiq bilirik ki, Dövlət Xidməti həmin məlumatı təsdiqləyəcəyi təqdirdə Vüqar İsayevin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi barədə qeyd olunanlar da təsdiqini tapmış olacaqdı və bundan irəli gələn suallar da cavab istəyəcəkdi.
Tutaq ki, “Üç qəbir” abidəsi 2001-ci il avqustun 2-nə qədər deyil, 2014-cü ildən sonra keçirilmiş monitorinq nəticəsində yeni aşkar olunmuş abidə kimi qeydə alınıb. Bəs yaxşı, yeni siyahı təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə nə vaxt təqdim ediləcək? Və yaxud, obyektin məhz tarixi abidə olduğu bilindiyi halda onunla bağlı müvafiq tədbirlərin (o cümlədən, mühafizəsinin) həyata keçirilməsini adının siyahıda təsdiq ediməsinədək yubatmaq nə dərəcədə məntiqlidir? Bəlkə Mədəniyyət Nazirliyində Rafiq Bayramov və Zakir Sultanov üsuli-idarəsinin, dəsti-xəttinin qorunub saxlanmasında maraqlı olan qüvvələr var? Göründüyü kimi, bu suallar hələ açıq qalır.//mediatv.az

İki min il yaşı olan “Üç qəbir” tarixi abidəsi ilə bağlı üç sual-FOTO

İki min il yaşı olan “Üç qəbir” tarixi abidəsi ilə bağlı üç sual-FOTO

Son xəbərlər

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Bütün xəbərlər