“Yekun sülh prosesi uzansa, irimiqyaslı müharibə...” - BAŞLAYACAQ?

dogruxeber.tv: - Sərhəddə təxribatlar davam edir. Düşmən silahları susmur. Nəticə etibarı ilə tədricən Ermənistanın itkiləri artır, bizim isə səbr kasamız dolur. Müdafiə naziri Zakir Həsənov bu günlərdə sərhəddə baş verənlərə görə bütün məsuliyyətin qarşı tərəfin öhdəsinə düşdüyünü demişdi. Eynilə İkinci Qarabağ müharibəsində də olmuşdu.

Sanki ssenari təkrarlanır. Hər halda başlanğıc eynidir: təxribatlar, xəbərdarlıqlar, bəyanatlar...Bundan sonra nə olacağını isə politoloq Fikrət Sadıqovla müzakirə etdik. O. “Sherg.az”ın suallarını cavablandırdı:

-Növbəti savaş ehtimalını necə qiymətləndirirsiniz?

-Müharibədən danışmaq üçün hələ tezdir. Lakin düşmən layiqli cavabını alır və alacaq. Fikrimcə, bir az da belə davam etsə, cavablarımız kifayət qədər tutarlı olacaq.

-Ümumiyyətlə, məğlub tərəf niyə belə “şıltaqlıqlar” edir?

-Məqsəd sərhədlərin müəyyənləşməsinə, yekun sülh sazişinin imzalanmasına mane olmaqdır. Çünki ermənilərin məskunlaşdığı torpaqlar bizim nəzarətimizə keçəcək. Bu, tarixi sənədlərə, xəritələrə əsasən olacaq. Odur ki,rəsmi İrəvan narahatdır. İkinci bir tərəfdən, Ermənistan dünya ictimaiyyətinin diqqətini çəkmək istəyir.

-Rusiya rəsmiləri tərəfləri məsələni diplomatik müstəvidə həll etməyə, sərhədlərin delimitasiyasına çağırırlar. Elə isə niyə buna mane olan tərəfə, yəni Ermənistana təzyiq göstərilmir?

-Məsələ ondan ibarətdir ki, Moskva həmin bəyanatları sadəcə səsləndirir. Lakin heç vaxt İrəvana təzyiq göstərilməyəcək. Çünki iki dövlət müttəfiqdir. Kremlin 44 günlük müharibədə neytrallığı Ermənistanın yanında olmaması kimi anlaşılmamalıdır. Eyni zamanda ABŞ, Fransa kimi başqa qüvvələrin İrəvanın “başını sığallaması” düşməni daha da azğınlaşdırır.

-Belə vəziyyətdə biz nə etməliyik?

-Bütün addımlarımız öz strateji maraqlaımıza xidmət etməlidir. Biz ancaq Türkiyə ilə Pakistana güvənə bilərik.

-Yekun sülh müqaviləsinin imzalanması barədə proqnozlarınız nədir?

-Dediyim kimi, Ermənistan bunu istəmir. Biz isə hazırıq. İrəvan beynəlxalq güclərin neytrallığından istifadə edir. Proses bir az da uzansa irimiqyaslı müharibənin başlanacağı istisna deyil. Və, şübhəsiz ki, “başı ağrıyan” yenə Ermənistan olacaq.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər