"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır" - ÇAĞIRIŞ

dogruxeber.tv:- Son günlər İran ölkəmizə qarşı düşmənçilik siyasətini açıq şəkildə yürüdür. Bu fonda İranın Ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicatın ölkəmizdən çıxarılmasının vacibliyi ilə bağlı cəmiyyətdə geniş müzakirələr müşahidə olunur.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan öz din modelini müəyyənləşdirməlidir:

“Əgər mövcud olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Qarabağın işğaldan azad olunmasının İranın dini liderinin fətvası ilə baş verdiyini deyirsə, bu artıq təhlükədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır. Aidiyyatı qurumlar konkret olaraq öz fikirlərini bildirməlidir. Ölkədə İranın dini liderini təqlid edən kifayət qədər insanlarımız var. Bu gün ölkənin dini rəhbəri kimi təqdim olunan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri faktiki olaraq İranın ali dini liderini özünə rəhbər kimi qəbul etmiş şəxsdir. Qeyd olunan məsələdə Azərbaycan qəti şəkildə öz sözünü deməlidir və dini özünəməxsus şəkildə düzgün təbliğ etməlidir”.

İlahiyyatçı Elşən Sultanzadə isə öz açıqlamasında bildirib ki, İranın ölkəmizə qarşı sərgilədiyi münasibətin digər səbəbi Azərbaycanda konkret dini sistemin mövcud olmamasıdır:

“Azərbaycanda dini sistem yoxdur. Sistem olmayan ölkəni isə hər kəs hədələyəcək. Ölkədə din sistemi olmadığına görə alternativlər axtarıb tapmışıq. İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicat ölkəmizdən çıxarılsa da, zamanla onun yerinə başqası gətiriləcək.

Əslində, İran çox hiyləgər bir dövlətdir. İran incə siyasət işlətməklə öz maraqlarını daim qoruyan bir ölkədir. Azərbaycanda din xadimlərinin çoxunun başı biznesə qarışdığına görə, İranın din xadimlərinin ölkəmizə qarşı çıxışlarını görməzdən gəlirlər”.

Son xəbərlər

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bütün xəbərlər