Bayramov Mirzəyan görüşü: masada nələr var? - AKTUAL

dogruxeber.tv : - Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib. “Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzəyan parlamentdə çıxışında bildirib. Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa, Qarabağ da diqqət mərkəzində olacaq.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da nazirlərin növbəti görüşünü istisna etməyib: “Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik”.

Abdullayevanın açıqlamasında əsas vurğu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı üçtərəfli bəyanatın icrasına salınıb: “Hazırkı mərhələdə üç dövlətin liderlərinin imzaladığı birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”.

Təxminən 1 aydan sonra sözügedən bəyanatın imzalanmasından 1 il ötəcək. Amma Azərbaycanın tələbi ilə bu sənədə daxil olunan 3 vacib bəndin icrası hələlik ləngidilir. Qarabağın kiçik bir hissəsinə sığınmış erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi, daxili kommunikasiyaların açılması və köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması istiqamətində hələlik hər hansı ciddi addım atılmayıb.

Siyasi şərhçilərin fikrincə, nazirlərin görüşü təsadüfi deyil, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir araya gəlməsinə hazırlıq mərhələsidir. Ekspertlərin fikrincə, iki ölkə başçısının görüş öncəsi son “nəbz yoxlanışı” ola bilər və ən yüksək səviyyəli gündəliyi əhatə edəcək. İrəvanın Naxçıvana Ermənistanın hava məkanından keçməklə uçuşlara icazə verməsi, Azərbaycanın da eyni addımı Ermənistan üçün atması bu istiqamətdə atılmış ilk önəmli addım hesab oluna bilər. Paşinyanın son günlərdə verdiyi açıqlamalar da müsbət siqnallar kimi qəbul edilir. Ekspertlər bu gündəliyi necə təsəvvür edir?

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a qeyd etdi ki, böyük sülhün əldə edilməsi üçün diplomatik danışıqlar mühümdür. Onun sözlərinə görə, ölkə rəhbərləri görüşdən əvvəl hansı məsələlərin müzakirə olunacağını diplomatik kanallarla bir-birinə çatdırırlar: “Artıq münaqişə hərbi yolla başa çatıb, qarşıda sülhün əldə edilməsi problemi qalıb. Bu, hər iki ölkə üçün vacib məsələdir. Türkiyə prezidentinin təklif etdiyi ”altılıq" platformasının həyata keçməsi üçün də mütləq sülh sazişi əldə olunmaldır. O baxımdan diplomatların görüşləri keçirilməlidir, zənnimcə, sülh müqaviləsinin bağlanması istiqamətində bir başlanğıcdır".

A.Məsiyev istisna etmir ki, görüşdə sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiyaların bərpası müzakirə edilsin: “Bu görüş kəşfiyyat xarakterlidir, hansı məsələlərin müzakirə olunması üçün tanışlıq sayıla bilər. Hesab edirəm ki, 10 noyabr sazişinin müddəalarını müzakirə edəcəklər”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, XİN başçılarının görüşü ikitərəfli təmasın qurulmasında aktivliyin olduğunu göstərir: “11 yanvarda keçirilən üçtərəfli görüşdən sonra bir durğunluq müşahidə olunurdu. Amma son zamanlar həm üçtərəfli İşçi Qrupunun toplaşması, həm Vyanada və Tiflisdə azərbaycanlı və erməni nümayəndələrin görüşləri, Nyu-Yorkda nazirlərin təması, indi də növbəti görüşə hazırlıq göstərir ki, müəyyən ”qara zolaq"dan çıxış var. Həmçinin, hər iki ölkə liderlərinin qarşılıqlı olaraq görüşə hazır olduqlarını söyləməsi bizə əsas verir ki, yaxın zamanda Əliyev-Paşinyan görüşünün baş tutacağını təxmin edək. Bu aktivlik fazasında Minsk Qrupunu da qeyd etmək lazımdır və artıq həmsədrlərin bölgəyə səfəri razılaşdırılıb. Bütün bunlar sülh müqaviləsinin imzalanması üçün atılan addımlardır".

Ekspert XİN başçılarının görüşündə status məsələsinin müzakirəsini istisna edir: “Güman etmirəm ki, bu mövzu masada olacaq. Nazirlərin bölgədə sülhün əldə edilməsi, nəqliyyat-kommunikasiyaların bərpası ilə bağlı danışıqlar aparacağını gözləyirəm. Təbii ki, bu istiqamətdə hansısa razılaşma olmayacaq. Amma tərəflər ölkə başçılarının görüşünü razılaşdıra bilərlər. Hər şey buna gedir”.

R.Məmmədova hesab edir ki, istər Minsk Qrupunun vasitəçiliyi, istərsə də Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması iki ölkə arasında sülhün əldə olunmasına müəyyən ümidlər yaratsa da, yaxın dövrdə problemin ədalətli və birdəfəlik həllini gözləmək çətindir: “Çünki İrəvan tam konstruktiv mövqe sərgiləmir. Erməni tərəfi status mövzusundan əl çəkmir. Ona görə liderlər, nazirlər danışa, görüşə bilərlər, amma real addımların atılması Ermənistanın reallıqlara söykənməyən destruktiv mövqedən geri çəkilməsindən asılı olacaq”.
“Yeni Müsavat”

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər