Azərbaycanın MiQ-29 qırıcıları düşməni İsrail raketləri ilə vuracaq

dogruxeber.tv: - Azərbaycan İsraildən “hava-hava” tipli I-Derby ER raketləri aldığı bildirilir. virtualaz.org xəbər verir ki, bu haqda “Azerbaijan Armed Forces” Telegram-kanalında məlumat yayılıb. Məlumatda sövdələşmənin təfərrüatları göstərilmir, amma bildirilir ki, raketlər artıq MiQ-29 qırıcılarında tətbiq olunmaq üçün Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olub. I-Derby ER raketləri İsrailin “Rafael” şirkəti tərəfindən istehsal olunur və “Derby” ailəsindən olan raketlərin dərindən modernizasiyasıdır.

I-Derby ER raketləri orta mənzillidir, hədəfi 100 kilometrə qədər məsafədən vura bilər. Raketin ümumi kütləsi 118, döyüş başlığının ağırlığı 23 kiloqramdır. Raketin hədəfə yönləndirilməsi kombinə edilib və uçuş mənzilinin ortalarına qədər komanda-inersiya sisteminə əsaslanır, mənzilin sonuna yaxın isə raket radilokasiya siqnalları əsasında hədəfə müstəqil yönəlir. Başlıq təmassız lazerlidir.

Bu raketlərin daşıyıcıları kimi F-16C/D, F-5, “Mirage”, JAS-39 “Gripen”, habelə MiQ-21 və MiQ-29 sovet qırıcıları hesab edilir.

2019-cu ildə Hindistan da Rusiyanın R-77 “hava-hava” raketlərindən imtina etməyə və İsraildən I-Derby ER raketlərini almaq niyyətini açıqlamışdı. Bununla bağlı daha sonra informasiya daxil olmayıb.

Xatırladaq ki, İsrailin”Rafael” şirkəti Azərbaycan ordusunu “Spike NLOS” və “Spike” yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz edir. Bu raketlər 2020-ci ildə 44 günlük müharibə zamanı düşmənin çoxsaylı hərbi texnikası məhv edilmişdi. İndi Azərbaycanın MiQ-29 qırıcılarının I-Derby ER "hava-hava" raketləri ilə təchiz edilməsi bu təyyarələrə düşmənin yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin zərbə zonasına daxil olmadan hava hədəflərinə dəqiq zərbə endirməyə imkan verəcək.//virtualaz.org

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər