XİN başçıları NƏYİ MÜZAKİRƏ EDƏCƏK? - GƏLİŞMƏ

dogruxeber.tv: - Yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə yeni görüşünün keçirilməsi gözlənilir. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə çıxışında deyib. O bidirib ki, Ermənistanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında danışıqlar prosesinin bərpası üçün ardıcıl çalışır. Bu işin nəticələrindən biri iki ölkənin XİN rəhbərlərinin - Ararat Mirzoyan və Ceyhun Bayramovun Nyu-Yorkda görüşü, həmçinin Minsk qrupu həmsədrlərinin danışıqları davam etdirmək zərurəti barədə verdikləri bəyanatdır.

Xatırladaq ki, sentyabrda BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, son günlər dövlət başçılarının hansısa görüşünün, hətta ikitərəfli müqavilənin belə imzalanmasının gözlənildiyi bir şəraitdə XİN başçılarının, həm də Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşün keçirilməsinin planlaşdırıldığının söylənilməsi, hesab edirəm ki, hansısa məsələlərin son dəfə dəqiqləşdirilməsinə ehtiyac olduğunu göstərir:

"Dövlət başçılarının imzalaması gözlənilən məsələlər əsasən Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası olacağı bildirilirdi, hətta sülh müqaviləsinin belə bağlanacağı şayiələri də gəzirdi. Azərbaycan Prezidentinin də bu gün "biz sülh müqaviləsi bağlamağa hazırıq" deməsi də, bu ehtimalları artırırdı. XİN başçılarının görüşü, çox güman ki, bu məsələlərin detallarının dəqiqləşdirilməsinə hesablanıb. Bunlar mətbuatda gəzən məlumatlara əsasən gəlinən nəticələrdir. Hesab edirəm ki, məsələ əslində o qədər irəli getməyib ki, sülh müqaviləsi və ya dəhlizin açılması kimi strateji məsələlərin sona çatması ilə nəticələnsin. Bu görüşdə müzakirə olunacaq məsələnin Türkiyə və Ermənistan sərhədinin açılması üzərində qurulacağı böyük ehtimaldır. Regionda gedən proseslərə nəzər salsaq, görmək olur ki, sərhədin açılması Ermənistan üçün həyati əhəmiyyət kəsb etməyə başlayıb, xüsusən də, Azərbaycanla İran arasında olan son problemlərdən sonra".

A.Qasımov əlavə edib ki, İran onsuz da bu illər ərzində Ermənistan üçün nəfəslik rolu oynayıb, erməni toplumunu acından ölməyə qoymayıb:

"Amma Azərbaycanın sərhəddə İran tərəfindən gömrük haqqı alması və məhdudiyyətlər Ermənistanda bahalaşmaya səbəb olub. Və məlumatlara görə, Nikol Paşinyan Türkiyə tərəfinə sözün əsl mənasında yalvarıb ki, Türkiyə sərhədləri açsın, onun da ölkədəki nüfuzu aşağı düşməsin. Sonra isə nəzərdə tutulan digər məsələləri rahatlıqla həyata keçirmək üçün onun əli güclənsin. Bunun Türkiyə üçün də əhəmiyyəti vardır. Türkiyə Amerikadan F35 əvəzinə F16 istəyib, amma Senatdan keçmək üçün yəhudi və erməni lobbisinin razılığı lazımdır. Sərhəd açılmasının buna kömək ola biləcəyi deyilir. Odur ki, sərhədin açılmasından hər iki tərəf qazanclı çıxacaq. Azərbaycan da hesab etmək olar ki, buna razı olacaq, çünki proseslər zatən hərtərəfli razılaşmalara doğru gedir və sərhədin açılması bunun üçün xoşməramlı addım olardı".

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər