Ermənistanın İKİBAŞLI OYUNU...

dogruxeber.tv: - “Ermənistan və ermənilər hazırda Rusiyadan qopmaq istəmir. Çünki real olaraq Ermənistanı saxlayan, bəsləyən və qoruyan Rusiyadır. Elə 44 günlük müharibə zamanı da - Ermənistanın ən dar günündə köməyinə Rusiya gəldi, hansısa sazişin imzalanmasını təşkil etdi. Bir sözlə, Rusiya Ermənistanın ağasıdır və ağadan ayrılmaq istəmirlər. Eyni zamanda həm də görürlər ki, bunların istədiyini Rusiya reallaşdıra bilmir. Məsələn, Rusiya Azərbaycandan da keçmir, bu isə onları hiddətləndirir”.

Bu sözləri Reyting.az-a sabiq təhsil naziri, professor Firudin Cəlilov Rusiya-Ukrayna müharibəsinin Ermənistana mümkün təsirlərindən danışarkən deyib.

F. Cəlilovun fikrincə, Ermənistanın hazırki ikibaşlı oyunu təsadüfi deyil. Onun sözlərinə görə, İran da bir yandan Ermənistana ümid verir: “Amma ermənilər indi həm Avropa, həm də Rusiya ilə oynayır. Həm də istəyirlər ki, Avropaya qoşulsunlar. Lakin Ermənistanda çox az sayda insan bunu açıq deyə bilir. Bəziləri isə bunu dilinə gətirməyə qorxur, çünki Rusiyadan asılıdırlar”.

Professor deyib ki, hazırda İrəvanda iki aparıcı cərəyan var:

“Bunlardan birinin adını şərti olaraq “Rusiyadan ayrılamayaq” qoymaq olar. Bu cərəyana erməni müxalifəti, müəyyən hərbçilər, bəzi jurnalistlər, keçmiş hakimiyyət nümayəndələri və digərləri daxildir.

İkinci cərəyan isə şərti olaraq “Avropaya birləşənlər”dir”.

F. Cəlilov əlavə edib ki, nə zamansa bu cərəyanlardan biri şəraitdən asılı olaraq üstün mövqe qazanacaq. Məsələn, Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanda Avropaya doğru getmək istəyənlərin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. “Amma görünən budur ki, Rusiya-Ukrayna savaşı hələ yay fəslinə qədər davam edə, ən qanlı döyüşlər də yayda ola bilər. Əslində Rusiya strateji baxımdan müharibəni uduzub. Tam uduzduqdan sonra Ermənistan qəti şəkildə Avropanın ətəyindən yapışacaq. Bir növ ruslara xəyanət edəcək. Xəyanət ermənilərin xislətindədir”,- deyə F. Cəlilov əlavə edib.

Oxunub: 464

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər