gundem / siyaset
12.05.2022, 13:30
Bayramov, Mirzoyan və Lavrov Düşənbədə görüşəcəklər
Mayın 12-13-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşəcək.
"dogruxeber.tv" erməni KİV-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Düşənbədə Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.



