Çavuşoğlunun mesajı İrəvanı qıcıqlandırdı – “Azərbaycanla məsləhətləşmək…”

"dogruxeber.tv" xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Ankara ilə görüşlərin niyə üçüncü ölkələrdə keçirildiyini açıqlayıb.

Erməni diplomat Türkiyənin danışıqları Azərbaycanla koordinasiya etməsi məsələsinə də toxunub.

“Türkiyə rəsmilərinin xüsusi nümayəndələrin görüşlərinin Ankara və İrəvanda keçirilməsi təklifi təxminən 1.5-2 ay əvvəl verilib. Bu, Türkiyənin bu prosesə ikitərəfli proses kimi baxması deməkdir. Ancaq indiki halda yüksək rütbəli rəsmilərin Türkiyənin bu prosesi Azərbaycanla koordinasiya etməsi barədə ictimaiyyətə verdiyi açıqlamalar bir az qəribə görünür”, – Rubinyan deyib.

Bundan əlavə, İrəvan Ermənistan və Türkiyə vətəndaşlarının diplomatik pasportlarla Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsini təklif edib. Rubinyanın sözlərinə görə, bu, kiçik addım olsa da, simvolik mənası ola bilər.

“Türkiyəli həmkarlarımız İrəvan və Ankarada görüşlər keçirmək istəsələr, onların da bu addıma razılıq verməsi məntiqli olardı”, – erməni diplomat bildirib.

Eyni zamanda, vitse-spiker qeyd edib ki, türk həmkarı Sərdar Kılıçla keçirdiyi 4 görüşün heç birində sonuncu heç vaxt Ermənistan-Azərbaycan münasibətlərinə toxunan məsələ qaldırmayıb.

“Bunlar ayrı proseslərdir”, – Rubinyan vurğulayıb.

O söyləyib ki, Türkiyə Ermənistanın “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması fəaliyyətini dayandırması və ya bu məsələdə mövqeyini yumşaltması üçün şərt qoymayıb.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistanla aparılan danışıqlarla bağlı bütün mərhələlərdə Azərbaycanla məsləhətləşdiklərini bildirib.//Teleqraf

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər