"Böyük qardaş"ın notası İrəvanı qorxudacaqmı? - İNCƏLƏMƏ...

dogruxeber.tv: - Bu gün Rusiya özünün ən yaxın müttəfiqlərindən sayılan Ermənistana nota verdi. Xəbər bir qədər gözlənilməz olsa da, Moskvanın İrəvana barmaq silkələyəcəyi gözlənilən idi.

AzVision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan şahinoğlu deyib ki, Ermənistan mediasında İrəvandakı “Surmalu” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı.

- Aydındır ki, notanın hazırlanmasıyla bağlı təlimat Moskvadan gəlib. Kremldəkilərin xoşuna gəlməyib ki, İrəvandakı ticarət mərkəzindəki yanğını Rusiya ilə əlaqələndiriblər. Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Rusiyanın notasında belə bir cümlə var: “Rusiya-Ermənistan müttəfiq münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən zəruri şərhlər gözləyirik”.

Kremlin təlimatıyla hazırlanan bu cümlədə “siyasi qüvvələr” və “Ermənistan hökumətindən qəti addımlar gözləyirik” ifadələrinin yer alması əslində təxribatçı xəbərlərin arxasında Ermənistan hakimiyyətinə bağlı qüvvələrin dayandığına eyham var. Görünür, Kreml hesab edir ki, baş nazir Nikol Paşinyan və onun tərəfdarları Rusiyadan narazılıqlarını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər. Bu ittihamlar və iddialar Paşinyanın və onun nazirlərinin Kremldən “Azərbaycanı durdurun” yalvarışlarını, çoxsaylı qarşılıqlı səfərləri və telefon zənglərini heçə endirir, bizə də imkan verir ki, Qarabağda daha sürətlə qayda-qanun yaradaq.

Son xəbərlər

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bütün xəbərlər