gundem / iqtisadiyyat / sosial / Cəmiyyət
25.10.2022
Ehtiyac meyarının həddi 246 manat götürüləcək
Gələn il ehtiyac meyarının həddi 246 manat götürüləcək.
"dogruxeber.tv" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.



