gundem / siyaset / dunya
15.11.2022, 11:15
Paşinyan Blinkenlə danışdı
Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər, noyabrın 7-də Vaşinqtonda baş tutmuş Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə toxunublar.



