gundem / siyaset / dunya
25.02.2023
Rəcəb Tayyib Ərdoğanla Zelenski arasında telefon danışığı olub
“dogruxeber.tv” “hurriyet.com.tr"a istinadən xəbər verir ki, fevralın 24-ü axşam satlarında Prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyədə baş verən zəlzələlər və birinci ilində olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə olunub.
Prezident Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Ukrayna prezidenti Zelenskiyə təşəkkür edib.
Prezident Ərdoğan bir ili tamamlayan Rusiya- Ukrayna müharibəsində atəşkəs və danışıqlar yolu ilə həllin qurulmasına və sülhün formalaşmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
dogruxeber.tv
Samirə Əsgərova


