Donald Tramp həbs ediləcəkmi?


ABŞ-ın 45-ci prezidenti Donald Trampın dünən hakim qarşısına çıxması və ondan sonra verdiyi açıqlamalar beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.

dogruxeber.tv xəbər verir ki, o, ABŞ-da impiçment elan edilən ilk eks-prezident kimi tarixə düşüb.

Belə ki, 76 yaşlı Tramp 2016-cı il prezident seçkiləri kampaniyası zamanı porno aktrisa Stormi Danielsə aralarındakı münasibətlərini gizlətmək üçün seçki fondundan 130 min dollar ödəyib. Bu ittihamla Nyu-Yorkda hakim qarşısına çıxan Tramp iddiaları təkzib edib.

Həmçinin, Donald Trampın prezidentliyi dövründə bəzi sənədləri saxtalaşdırdığı ortaya çıxıb. 34 iddianı da rədd edən Tramp bunun siyası proses olduğunu açıqlayıb. Əgər Tramp bu ittihamlarda təqsirli bilinərsə, onun 4 ilə qədər həbs cəzası gözləyir.

İttiham tərəfi 15 gün ərzində bütün sübut və sənədləri toplamalı və Trampın müdafiə komandasına verməlidir. Buraya münsiflər heyətinin iclasının səs yazıları, şahidlərin sübutları, məhkəmə sənədləri, təhlükəsizlik qüvvələrinin dindirmələri, telefon və səs yazıları daxildir.

Trampın vəkilləri bu məhkəmə prosesi böyük münsiflər heyətinə çatana qədər prosesi başa çatdırmaq istədiklərini açıqlayıblar. Ümumiyyətlə, müdafiə tərəfinin bu işi bitirmək üçün 45 günü var. Növbəti məhkəmə prosesi dekabrın 4-nə təyin edilib. Prokurorluq prosesin 2024-cü ilin yanvarında başlamasını istədiklərini bildirsə də, Trampın hüquqşünaslar ordusu bu tarixi “bir az aqressiv” gördüklərini açıqlayıb və məhkəmə prosesinin gələn ilin yazında başlamasını təklif ediblər.

Bununla yanaşı, Trampın günahı sübuta yetirilsə belə, o, həbsxanaya düşməyə bilər. Əgər şəxsin təmiz keçmişi varsa və cinayəti zorakılıq təşkil etmirsə, cəza da yüngülləşdirilə bilər. Mar-a-Laqoda tərəfdarlarına müraciət edən Tramp məhkəmə prosesini tənqid edib. Trampın uşaqları Don Jr., Erik və Tiffany həyat yoldaşları ilə birlikdə tədbirə qatılıb, amma Trampın həyat yoldaşı Melaniya və qızı İvanka isə iştirak etməyiblər.

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində respublikaçılar adından yenidən namizəd olmağı planlaşdıran Trampın qarşısında heç bir maneə yoxdur. Çünki qanunla məhkum olunmuş və ya həbs edilmiş şəxslərin prezidentlik yarışına qatılmasının qarşısını alan heç bir maddə yoxdur.

Məhkəməyə gəlməyin və ya həbs cəzasına məhkum edilmənin prezidentliyə namizədin kampaniyasına necə təsir edəcəyi hələlik məlum deyil.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər