gundem / siyaset
20.09.2023
Azərbaycan işini bitirmək əzmindədir - GƏLİŞMƏ
44 günlük Vətən müharibəsinin 3-cü ilinin tamam olmasına 8 gün qalmış Azərbaycan “terrorizmlə mübarizə” yanaşması ilə Qarabağda rus sülhməramlılarının müvəqqəti məsuliyyət bölgəsində lokal antiterror tədbirinə başladı.
"dogruxeber.tv" axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Giresun Universitetinin professoru Yalçın Sarıkaya qeyd edib.
“Dövlətlərin həyatında 3 il bir neçə dəqiqə kimidir. Əsas olan doğru zamanda lazımi addımı atmaqdır. Bölgədən müsbət xəbərlər alırıq. Dövlət yarımçıq qalan işi tamamlamaqda qətiyyətlidir”, - professor qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə bu gün başlayıb.


